AZ

Prokurorluq Şəmkirdəki qətl barədə məlumat yayıb

ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Sentyabrın 5-də saat 23 radələrində Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində 1993-cü il təvəllüdlü Tural Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şəmkir Rayon Prokurorluğundan AYNA.AZ-a daxil olan məlumatda bildirilib ki, araşdırma zamanı 1968-ci il təvəllüdlü Sənan Əsgərovun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı kürəkəni, Bakı şəhər sakini Tural Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sənan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
3
ayna.az

5Mənbələr