AZ

Enrikenin başına hadisə gəldi

style='margin-bottom:10px;'>

PSJ-nin baş məşqçisi Luis Enrikenin başına bədbəxt hadisə gəlib. 

QOL.az xəbə verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssis velosipeddən yıxıldıqdan sonra körpücük sümüyünü sındırıb. O, xəstəxanaya çatdırılıb. Bildirilib ki, Enrike əməliyyat olunacaq.

Qeyd edək ki, Luis Enrike 2023-cü ilin yayında PSJ-yə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında klub ötən mövsüm Çempionlar Liqası, Fransa çempionluğu, Kubok və Superkuboku qazanıb.

Seçilən
17
1
teleqraf.com

2Mənbələr