
Qeyd etdiyimiz kimi, Avropa Komissiyası Google şirkətinə onlayn reklam bazarında dominant mövqeyindən sui-istifadə etdiyi üçün təxminən 3 mlrd avro cərimə kəsib. Araşdırmaya görə, şirkət 2014-cü ildən bəri öz xidmətlərinə üstünlük verərək rəqiblərə, reklamverənlərə və onlayn nəşriyyatlara ziyan vurub.Google-a 60 gün ərzində anti-rəqabət təcrübəsini dayandırmaq üçün tədbirlər planı təqdim etmək tapşırılıb.Ancaq ilk reaksiya Google-dan yox, ABŞ prezidenti Donald Trampdan gəlib. O, sosial şəbəkəsində yazıb:“Amerikalı vergi ödəyiciləri bunu qəbul etməyəcək. Bu, çox ədalətsizdir. Mənim administrasiyam bu diskriminasiyaya imkan verməyəcək.”Tramp əlavə edib ki, Google indiyədək ümumilikdə 16,5 milyard dollar məbləğində cərimələr ödəyib:“Avropa İttifaqı dərhal bu praktikanı dayandırmalıdır!”Ulusum.az
Diqqət Çəkənlər
Kolumbiyada qurbanlarını timsaha yedizdirən narkobaron ələ keçdi
Yeni sanksiyalar dalğası: kimlər hədəfdədir?
Mətbuat kralın səhhətindən yazır: əsa ilə gəzən monarx