AZ

Afrika Azərbaycanın iqlim sahəsindəki diplomatik fəaliyyətini yüksək qiymətləndirir

Afrika Azərbaycanın iqlim və sülh sahəsindəki diplomatik fəaliyyətini yüksək qiymətləndirir.

Aznews.az xəbər verir ki, bu barədə fikrilər dünən Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Afrika İqlim Həftəsi (ACW) çərçivəsində, Azərbaycanın COP29 Sədrliyinin və Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Həssas Ölkələr Forumunda” səsləndirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Efiopiyanın planlaşdırma və inkişaf naziri xanım Fitsum Adela Azərbaycana, Afrikanın iqlim dəyişiklikləri və münaqişələrdən əziyyət çəkən ölkələrinə göstərilən davamlı diqqəti üçün təşəkkürünü bildirib, ötən il Bakıda keçirilən COP29 zamanı qəbul edilmiş Bakı Sülh Çağırışının əhəmiyyətini vurğulayıb.

Daha sonra çıxış etmiş BMT Baş katibinin Afrika üzrə Xüsusi Nümayəndəsi Parfait Onanga-Anyanga, İtaliya hökumətinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Françesko Korvaro Azərbaycanın təşəbbüsü ilə ötən il təsis edilmiş Bakı İqlim və Sülh Mərkəzinin qısa müddət ərzində beynəlxalq əməkdaşlıq və iqlim fəaliyyəti sahəsində dünyanın ən mühüm platformalarından birinə çevrildiyini qeyd ediblər.

Seçilən
2
12
aznews.az

10Mənbələr