AZ

Ukraynada xarici valyutaların məzənnələri və yanacağın qiyməti artıb

Ukraynada xarici valyutaların məzənnələri və yanacağın qiyməti artıb.

FED.az xəbər verir ki, yanacağın qiyməti ilin əvvəli ilə müqayisədə 10 faiz artıb.

"Aİ-95" markalı benzinin 1 litrinin qiyməti hazırda 62 qriven təşkil edir ki, bu da 1,50 ABŞ dollarından çoxdur. "Aİ-95 premium" isə 65 qrivendir. Eyni qaydada dizelin 1 litri 60 qriven, qaz isə 37 qriven təşkil edir.

Xarici valyutaların məzənnələri, əsasən də ABŞ dolları və avronun dəyəri son 6 ayda 5 faiz artıb. Yanacaq növlərində qiymət artımı, əsasən xaricdən idxal olunan ərzağın qiymətlərinə də təsir edib. (Report)

Seçilən
3
3
fed.az

4Mənbələr