AZ

Hindistan Baş naziri BMT BA-nın sessiyasında iştirak etməyəcək

Hindistanın Baş naziri Narendra Modi bu ay ABŞ-da keçiriləcək BMT Baş Assambleyasının sessiyasında iştirak etməyəcək.

Aznews.az xəbər verir ki, bu barədə “Hindistan Times” məlumat yayıb.

Bildirilir ki, bu qərar Hindistan və ABŞ arasında gömrük tarifləri ilə bağlı artan gərginlik fonunda verilib.

Baş nazirin əvəzinə Hindistanı xarici işlər naziri Subrahmanyam Caişankar təmsil edəcək.

Seçilən
5
6
aznews.az

10Mənbələr