Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonları paytaxtdan bölgələrə gedən avtomobil axınının artması ilə əlaqədar sürücülərə müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, müraciətdə magistral və əsas yollarda hərəkət intensivliyinin yüksəlməsi qəza ehtimalını artırırdığı və bu səbəbdən sürücülərin daha diqqətli, məsuliyyətli davranmasının vacibliyi vurğulanıb.
Qeyd olunub ki, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığı, xüsusilə təkərlərin, işıq cihazlarının və əyləc sisteminin vəziyyəti mütləq yoxlanılmalıdır. Eyni zamanda, sürət həddinə əməl edilməsi, sükan arxasına yorğun və yuxusuz halda əyləşməmək, uzun məsafələrdə isə fasilələrlə istirahət etmək təhlükəsizliyin əsas şərtlərindəndir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırıb ki, yol hərəkəti qaydalarına əməl olunmaması inzibati məsuliyyət yaratmaqla yanaşı, insan həyatının itirilməsi ilə nəticələnən ağır faciələrə də səbəb olur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.