AZ

DİQQƏT! Sabah maqnit qasırğası olacaq

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Sabah Yerdə zəif maqnit qasırğası olacaq.Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın “Fobos” hava xidmətinin aparıcı mütəxəsisi Mixail Leus öz "Telegram" kanalında yazıb.“Cümə axşamı, sentyabrın 4-də, Moskva vaxtı ilə təxminən 22:15-də (Bakı vaxtı ilə 23:15) günəş diskinin mərkəzi yaxınlığında protuberans tullantısı baş verib, bunun nəticəsində bazar günü, sentyabrın 7-də Yerin geomaqnit sahəsinə təsir edə biləcək çox zəif koronal kütlə buraxılışı olub”, - deyə alim yazıb.Sinoptikin sözlərinə görə, bu tullantı “planetə təsir etmək üçün əlverişli mövqedə yerləşən koronal dəlikdən çıxacaq sürətli günəş küləyi axını ilə üst-üstə düşə bilər”.Bildirilir ki, bunun nəticəsində həftəsonu geomaqnit sahəsində pozuntular gözlənilir və bu, bəzən G1 sinfinə aid zəif maqnit qasırğaları səviyyəsinə çata bilər.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
4
bizim.media

4Mənbələr