AZ

Sumqayıt Şimali Makedoniyadan oyun qurucusu gətirib

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sumqayıt" yeni basketbolçu ilə güclənib.

Klubdan İdman.biz-ə verilən məlumata görə, “Gənclik şəhəri” təmsilçisi 28 yaşlı amerikalı oyun qurucusu Keon Klerqotla 1 illik müqavilə imzalayıb.

185 sm boya malik basketbolçu ölkəsində bir neçə komandada oynadıqdan sonra Slovakiyanın "MBK Handlova", Türkiyənin "Balıkesir" və "Ormanspor", Portuqaliyanın "Lusitanya Ekspert" və Şimali Makedoniyanın "Tikveş" klublarında forma geyinib.

Klerqot ötən mövsüm Şimali Makedoniyanın I Liqasında hər oyuna orta hesabla 11,8 xal toplayıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
6
icma.az

7Mənbələr