AZ

Avtobus yük maşını ilə toqquşdu: xəsarət alanlar var

Sumqayıt şəhərində sərnişin avtobusu qəzaya uğrayıb.
ONN media xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Yolda hərəkətdə olan "Mersedes" markalı yük avtomobilinin təkəri qəfil partlayıb. Nəticədə yük avtomobili idarəetmədən çıxaraq qarşıda hərəkətdə olan sərnişin avtobusuna çırpılıb.
Hadisə nəticəsində avtobusda olan 2 sərnişin Sumqayıt Tibb Mərkəzinə çatdırılıb.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, qəza ilə əlaqədar 2 sərnişin xəstəxanaya müraciət edib. Onlara ilkin tibbi yardım göstəriləndən sonra ambulator müalicə məqsədi ilə evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.


Seçilən
83
3
onn.az

4Mənbələr