AZ

DİN paytaxt və bölgələrdə xüsusi əməliyyatlar keçirib - VİDEO

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxt və bölgələrdə xüsusi əməliyyatlar keçirib.

DİN-in Mətbuat xidmətindən Aznews.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi vətəndaşların qanuni mənafelərinin qorunması, paytaxt və bölgələrdə kriminogen duruma nəzarət, o cümlədən odlu silah-sursat əldə edib saxlama, habelə narkotik vasitə və psixotrop maddələrin qeyri-leqal dövriyyəsinin qarşının alınması istiqamətində əməliyyatlar keçirib.

Tədbirlər zamanı cinayət törətməyə meyilli, o cümlədən kriminal həyat tərzinin təbliği ilə məşğul olan, ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb edən və odlu silah-sursat saxlayan 20-dən artıq şəxs saxlanılıb. Onlardan xeyli sayda “Kalaşnikov” avtomatı, “Makarov” və digər markadan olan tapançalar, habelə müxtəlif çaplı patronlar aşkarlanıb.

Seçilən
2
49
aznews.az

10Mənbələr