AZ

"Oyuna baxanda 0:2 uduzmağımız gözəl nəticədir" - Almaniyalı əfsanə "od püskürdü"

1990-cı il dünya çempionatının qalibi Lotar Matteus Almaniya millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Slovakiyaya 0:2 hesablı məğlubiyyətini şərh edib. 

Fanat.Az xəbər verir ki, "Sky Sports Germany" yarımmüdafiəçi Camal Musialanın millidəki rolundan da danışan əfsanənin dediklərini belə çatdırıb:

"Bəzən 0:2 hesabı ilə uduzmaq da olar. Sadəcə, bunun necə baş verdiyi önəmlidir. Məğlubiyyətin özündən daha təəccüblü olan oyunumuz idi. Futbol oynamağımız dəhşətli idi. Düzünü desəm, oyuna baxanda nəticə çox gözəldir. Hesab 0:4 və ya 0:5 də ola bilərdi.

Camal Musiala əvəz olunmazdər. Eynilə Messi kimi. Ümid edirəm ki, o, tezliklə qayıdacaq”.

Xatırladaq ki, Almaniya millisi növbəti oyununu sentyabrın 7-də Şimali İrlandiya millisinə qarşı keçirəcək.

Mirağa

Seçilən
76
1
fanat.az

2Mənbələr