AZ

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 2 dollar ucuzlaşıb.

News24.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,99 ABŞ dolları və ya 2,8% azalaraq 67,48 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,47 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.


Seçilən
40
49
news24.az

10Mənbələr