AZ

Overçuk: "Üçtərəfli işçi qrupu çərçivəsində bütün qərarlar formalaşdırılıb"

"Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupu (Azərbaycan, Rusiya, Ermənistan) bütün qərarları formalaşdırıb, hazırda tərəflər ikitərəfli formatda əlaqə saxlayırlar".

Sitat.info-nun məlumatına görə, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumu çərçivəsində TASS-a müsahibəsində bildirib.

"Qrup 2023-cü ilin iyul ayının əvvəlindən bəri toplanmayıb, lakin biz ikitərəfli səviyyədə əlaqə saxlayırıq və baş verənlər barədə fikir mübadiləsi aparırıq. Hər halda, üçtərəfli işçi qrupunun həmsədrləri həm də hökumətlərarası komissiyalar üzrə həmkarlarımdır və biz mütəmadi ünsiyyət qururuq", - deyə baş nazirin müavini qrupun taleyi ilə bağlı suala cavabında bildirib.

Onun sözlərinə görə, qrup çox diqqətlə işləyib, ən xırda detallara qədər araşdırıb, Cənubi Qafqazda kommunikasiyaların açılmasının müxtəlif aspektlərini nəzərdən keçirib.

"Biz hər şeyi ən müxtəlif tərəflərdən nəzərdən keçirdik. Prinsip etibarilə üçtərəfli işçi qrupu çərçivəsində bütün qərarlar formalaşdırılıb, ən azı nə və necə etmək lazım olduğu aydındır", - deyə Overçuk qeyd edib.

Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri 2021-ci il yanvarın 11-də üç ölkənin baş nazir müavinləri səviyyəsində regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasına diqqət yetirəcək işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

Seçilən
7
1
sitat.info

2Mənbələr