Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku tarixə düşüb.
Apasport.az xəbər verir ki, onun rəhbərliyi altında komanda Kanada yığması ilə keçirilən yoldaşlıq görüşündə 0:3 hesabı ilə uduzub.
Matç zamanı Luçeskunun yaşı 80 il, 1 ay 7 gün olub.
Beləliklə, rumıniyalı mütəxəssis milli komandaya rəhbərlik edən ən yaşlı baş məşqçi kimi rekorda imza atıb. O, 1997-ci ildə Uruqvay millisini çalışdırmış Roke Maspolinin rekordunu yeniləyib.
Xatırladaq ki, Rumıniya millisi növbəti oyununu sentyabrın 9-da Kipr yığmasına qarşı keçirəcək.
Postekoqlu və Spaletti “Fənərbaxça”ya "yox" dedi
"Fənər"in futbolçusu Kipr klubuna keçə bilər
Serbiya millisinin üzvü Qətər klubunda - RƏSMİ
Premyer Liqa klubunun prezidenti istefa verib
Portuqaliya millisində ciddi itki