AZ

Şəmkirdəki dəhşətli qətl “TikTok” üstündə olub

Xəbər verdiyimiz kimi, Şəmkirdə qayınata və kürəkən bir-birilərinə bıçaqla xəsarət yetirib.

Hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. Belə ki, 1968-ci il təvəllüdlü Sənan Əsgərov və Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Tural Abdullayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq T.Abdullayevin həyatını xilas etmək mümkün olmayıb.  Dominos pizza

Qətlin bəzi detalları məlum olub. "Unikal"ın məlumatına görə, qətlə yetirilən 32 yaşlı T.Abdullayev bir neçə ay əvvəl Bakı şəhərində kafelərin  birində qətli  törədən Sənan Əsgərovun qızı T.Əsgərova ilə tanış olublar. Bundan sonra onlar qeyri-rəsmi olaraq birlikdə yaşayıblar.

Bir müddətdən sonra cütlüyün arasında narazılıq olub, ayrılıblar. Ayrılandan sonra T.Abdullayev T.Əsgərovamın videolarını "TikTok"da paylaşıb. Buna qəzəblənən T.Əsgərova atasının yaşadığı Şəmkir rayon Sarıtəpə kəndinə gəlib. İki gün əvvəl isə Tural Abdullayev Sarıtəpə kəndində gələrək T.Əsgərovaya bildirib ki, paylaşdığı videoları silib. Onlar yenidən barışıblar, T.Abdullayev bir gün qayınatasının evində qonaq olub.

Ötən gecə Tural Abdullayev yatan zaman qayınatası Sənan Əsgərov otağa daxil olaraq onu bıçaqla vurub. Bu zaman mərhum T.Abdullayev qayınatası S.Əsgərovun bud nayihəsindən bıçaqla vurub. Hər iki şəxs xəstəxanaya aparılsa da, Turalın həyatını xilas etmək mümkün olmayıb. S.Əsgərovun müalicəsi xəstəxanada davam etdirilir. Məlumata görə, hadisədən əvvəl Sənan Əsgərov Tural Abdullayevə ona öldürəcəyini bildiribmiş. Hadisə vaxtı S.Əsgərov sərxoş olub.

Qeyd edək ki, S.Əsgərovun qızı T.Əsgərova Tural Abdullayevin ikinci ailəsi olub. T.Əsgərovanın  iki övladı var. Baş vemiş hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.


Telegram kanalımız
Seçilən
91
yenisabah.az

1Mənbələr