AZ

Azərbaycanda himayədar ailələrə verilən uşaqların sayı məlum oldu

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəSosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilənuşaqların sayı 53-ə çatıb.

Trendxəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, onlardan 32-si qız, 21-i oğlandır. Həmçinin 27nəfəri 6 yaşadək olan, 21 nəfəri 7-13 yaş arası, 5 nəfəri 14-18 yaşarası uşaqlardır.

Uşaqlardan 29-u hazırda Bakı şəhərindəki, 24-ü rayonlardakı(Ağcabədidə 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 3, Göyçayda 1,Göygöldə 3, Xaçmazda 2, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1,Şəmkirdə 4, Zaqatalada 1, Astarada 1 ailə) himayədar ailələrdəyaşayırlar.

Qanunvericiliyə uyğun olaraq Nazirliklə uşaqları himayəyəgötürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dairmüqavilələr imzalanıb.

"Himayədar ailə" qayğı modeli uşaqlara qayğının dünyada genişyayılmış nümunələrindən biridir. Valideyn himayəsindən məhrum olmuşuşaqların himayədar ailələrə verilməsi onların dövlət nəzarətialtında ailə mühitində böyüməsinə və inkişafına xidmət edir.

Seçilən
50
25
az.trend.az

10Mənbələr