AZ

Ağ Evdə keçiriləcək UFC turnirinin detalları açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Vaşinqtonda, Ağ Evdə keçirilməsi gözlənən UFC turniri ilə bağlı təfərrüat bəlli olub.
Oxu.Az xəbər verir ki, oktaqon Cənubi qazonda qurulacaq, döyüşçülər isə qarşılaşma öncəsi Ağ Evin içərisində hazırlaşacaqlar.
Çəkiölçmə mərasiminin döyüş gecəsindən bir gün əvvəl Linkoln Memorialında keçiriləcəyi gözlənilir.
Milli xiyabanda fanatlar üçün tədbirlər, atəşfəşanlıq və işıq şouları planlaşdırılır.
Con Cons və Konor Makqreqor kimi döyüşçülər şouda iştirak etməkdə maraqlı olduqlarını bildiriblər və UFC prezidenti Dana Uayt maddi-texniki çətinliklərə baxmayaraq yarışı keçirməkdə qərarlıdır.
Daha əvvəl bildirilmişdi ki, Ağ Evin ərazisində keçiriləcək turnir ABŞ-nin 250 illik yubileyi münasibətilə 2026-cı il iyulun 4-nə planlaşdırılıb.
Seçilən
74
50
oxu.az

10Mənbələr