AZ

Tramp Pentaqonun adını dəyişib "Müharibə nazirliyi" qoydu 

ABŞ Prezidenti Donald Tramp ABŞ Müdafiə Nazirliyinin adını dəyişməsini nəzərdə tutan fərman imzalayıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, fərmanla  Müdafiə Nazirliyinin adı "Müharibə Nazirliyi" olaraq dəyişdirilib.

Tramp Oval Ofisdə keçirdiyi mətbuat konfransında Pentaqonun yenidən formalaşdırılması ilə bağlı yeni addım atdıqlarını açıqlayıb:

"Birinci Dünya Müharibəsində qalib gəldik, İkinci Dünya Müharibəsində qalib gəldik. Ondan əvvəl və sonra hər şeyi qazandıq. Daha sonra nazirliyin adını “Müdafiə Nazirliyi” olaraq dəyişdik. İndi ona Müharibə Nazirliyi deyirik”,- deyə o əlavə edib.

O bundan sonra Müdafiə naziri Pit Heqseti “Müharibə naziri” olaraq çağıracağını bildirib.

Billurə

Seçilən
14
olke.az

1Mənbələr