BAKI, 6 sentyabr. TELEQRAF
Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku yığma komandalar tarixində ən yaşlı baş məşqçi olub.
Teleqraf xəbər verir ki, mütəxəssis ötən gecə Kanada yığmasına qarşı keçirilən yoldaşlıq oyununda komandasını 80 yaş 1 ay 7 günlüyündə meydana çıxarıb.
Buxarestdə baş tutan görüşdə onun rəhbərliyi altında Rumınıya yığması 0:3 hesabı ilə uduzub.
Xatırladaq ki, bundan əvvəl rekord uruqvaylı Roque Maspoliyə məxsus idi - 80 yaş 1 ay 4 gün. Sözügedən rekord 1997-ci ildən bəri qüvvədə idi.