AZ

Fernandu Santuş Azərbaycan millisinin baş məşqçisi postundan ayrılacaq?

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

DÇ-2026-nın seçmə mərhələsinin ilk oyununda İslandiya millisinə səfərdə 0:5 hesabı ilə məğlub olan Azərbaycan seçməsinin baş məşqçisi Fernandu Santuşun vəzifəsindən ayrılacağı gözlənilir.

Oxu.Az xəbər verir ki, portuqaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam veriləcək.

Xatırladaq ki, Fernandu Santuş 2024-cü ildən Azərbaycan millisini çalışdırır.

3+1 illik müqavilə imzalanan baş məşqçi Azərbaycan millisindən sözləşməsi başa çatmayacağı təqdirdə ayrılarsa, geri qalan hər ili üçün bir milyon avro təzminat alacaq.

Qeyd edək ki, Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində növbəti oyununa sentyabrın 9-da çıxacaq. Seçmə komandamız Ukrayna millisini qəbul edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
6
oxu.az

3Mənbələr