BAKI, 6 sentyabr. TELEQRAF
PSJ-nin futbolçusu Usman Dembele DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə oyundan sonra Fransa millisinin düşərgəni tərk edib.
Teleqraf “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu 2:0 hesablı qələbə qazandıqları görüşün ikinci hissəsində meydana çıxıb, lakin zədələnib.
Ayaq budunun arxa hissəsindən zədə alan forvard 81-ci dəqiqədə əvəzlənib. Usmana artıq MRT müayinəsi təyin olunub.
Qeyd edək ki, Ötən mövsüm Dembele Fransa çempionatında 29 oyunda 21 qol vurub. O, PSJ ilə Çempionlar Liqasını qazanıb.