AZ

Qayınata və kürəkən bir-birini bıçaqladı - Ölən var

Şəmkirdə qayınata və kürəkən bir-birilərinə bıçaqla xəsarət yetirib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Sənan Əsgərov və Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Tural Abdullayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq T.Abdullayevin həyatını xilas etmək mümkün olmayıb. Qətlin bəzi detalları məlum olub. Belə ki, qətlə yetirilən 32 yaşlı T.Abdullayev bir neçə ay əvvəl Bakı şəhərində kafelərin  birində qətli  törədən Sənan Əsgərovun qızı T.Əsgərova ilə tanış olublar. Bundan sonra onlar qeyri-rəsmi olaraq birlikdə yaşayıblar.

Bir müddətdən sonra cütlüyün arasında narazılıq olub, ayrılıblar. Ayırılandan sonra Tural Abdullayev T.Əsgərovamın videolarını  "TİKTOK " da paylaşıb.T.Əsgərova kəsərək atasının yaşadığı Şəmkir rayonun Sarıtəpə kəndinə gəlib.2 gün əvvəl isə mərhum Tural Abdullayev Sarıtəpə kəndində gələrək T.Əsgərovaya bildirib ki,paylaşdığı videoları silərək.Onlar yenidən barışıblar,Tural Abdullayev bir gündə qaynatası gildə qonaq qalıb.Ötən gecə qətlə yetirilən  Tural Abdullayev yatan zaman qaynatası Sənan Əsgərov otağa daxil olaraq onu bıçaqla vurub.Bu zaman mərhum Tural Abdullayev qaynatası S.Əsgəərovun bud nahiyəsində bıçaqla vurub.Hər iki şəxs xəstəxanaya aparılmadan Tural Abdullayevin həyatını xilas etmək mümkün olmayıb.S.Əsgəovun müalicə xəstəxanada davam etdirilir.Məlumata görə hadisədən əvvəl Sənan Əsgərov Tural Abdullayevvə ona öldürəcəyini bildiribmiş.Hadisə vaxtı S.Əsgərov sərxoş olub.Qeyd edək ki,Sənan Əsgərovun qızı T.Əsgərovanın T.Abdullayev ikinci ailəsi olub.Qətli törədən şəxsin qızı T.Əsgərovanı iki övladı var.Baş vemiş hadisə ilə bağlı cinayət işi açılıb,araşdırma davam etdirilir.

Tural Əhmədov

Seçilən
73
unikal.az

1Mənbələr