AZ

Şəmkirdə QANLI DAVA: Qayınata onu bıçaqlayan kürəkənini öldürdü

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

 

Hadisə rayonun Sarıtəpə kəndində baş verib.

 

Kənd sakini, 1968-ci il təvəllüdlü Sənan Əsgərov Bakıdan qonaq gələn kürəkəni, 1993-cü il təvəllüdlü Tural Abdullayevlə mübahisə edib.

 

Mübahisə davaya çevrilib və nəticədə T.Abdullayev qayınatasına bıçaqla xəsarət yetirib. Bundan sonra S.Əsgərov kürəkənindən bıçağı alaraq ona qarın və ürək nahiyəsindən bir neçə bıçaq zərbəsi endirib. Hər iki şəxs xəstəxanaya çatdırılsa da, T.Abdullayevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma başlanılıb.

 

Oxu.az

Tarix: 6 Sentyabr 2025, 09:01   
Seçilən
63
20
pravda.az

10Mənbələr