AZ

Bencamin Kremaski “İnter Mayami”ni “Parma”ya dəyişdi

ABŞ klubu “İnter Mayami”nin mərkəz yarımmüdafiəçisi Bencamin Kremaski bundan sonra “Parma”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

A Seriyası təmsilçisi 20 yaşlı amerikalı futbolçunu 2026-cı ilin 30 iyununa qədər icarəyə götürüb. Müqavilədə futbolçunun transfer hüquqlarının alınmasına dair müvafiq şərtlər də nəzərdə tutulub.

Bencamin Kremaski “İnter Mayami”nin öz yetirməsidir. İtaliya vətəndaşlığı da olan futbolçu MLS klubunun əsas komandasının heyətində 107 oyun keçirib, 8 qol və 9 məhsuldar ötürmə müəllifi olub.

Kremaski 19, 20, 23 yaşlılardan ibarət ABŞ yığmalarında oynayıb, 2023-cü ildə əsas millidə debüt edib. O, Amerika yığmasında 3 oyuna çıxıb, fərqlənə bilməyib.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
64
arena.az

1Mənbələr