AZ

Avstraliya sahillərində köpəkbalığı sörfinq həvəskarına hücum etdi

BAKI, 6 sentyabr. TELEQRAF

Avstraliyanın cənub-şərq sahillərində köpəkbalığı hücumu nəticəsində bir nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə “The Sydney Morning Herald” qəzeti yazıb.

Nəşrin məlumatına görə, hücuma məruz qalmış şəxsi sahilə çıxarmaq mümkün olsa da, o, aldığı xəsarətlərdən vəfat edib.

Hadisə yerində həmçinin sörfinq taxtasının iki hissəsi tapılıb.

Polis çimərliyi mühasirəyə alıb və istintaq tədbirləri həyata keçirir. Hazırda mütəxəssislər insana hücum edən akulanın növünü müəyyənləşdirməyə çalışırlar.

Seçilən
106
teleqraf.com

1Mənbələr