AZ

Tramp Müdafiə Nazirliyinin rəsmi adını dəyişdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sentyabrın 5-də ABŞ Prezidenti Donald Tramp öz prezidentlik müddəti ərzində ölkənin Müdafiə Nazirliyinin Müharibə Nazirliyi adlandırılması haqqında sərəncam imzalayıb.
Oxu.Az "Fox News"a istinadən xəbər verir ki, bu barədə o, Ağ evdə keçirdiyi brifinqdə jurnalistlərə bildirib.
"Xüsusilə dünyanın indiki vəziyyətini nəzərə alsaq, hesab edirəm ki, bu, daha münasib addır,", - dövlət başçısı qeyd edib.
Tramp, həmçinin bildirib ki, ABŞ iki dünya müharibəsində və bütün digər xarici siyasət münaqişələrində qalib gəlib.
O, bildirib ki, Müharibə Nazirliyi daha mənalı səslənir.
Seçilən
21
50
oxu.az

10Mənbələr