AZ

ABŞ-nin gizli əməliyyatı: Kim Çeni dinləyərkən atışma oldu

ABŞ Hərbi Dəniz Qüvvələri 2019-cu ildə Şimali Koreyada gizli əməliyyat keçirməyə cəhd edib.

Sherg.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Missiyanın məqsədi Kim Çenin nüvə problemi ilə bağlı ABŞ Prezidenti Donald Trampla təmasları zamanı onun kommunikasiya sistemini dinləmək məqsədilə elektron qurğu quraşdırmaq olub. Telefon dinləmələri Vaşinqton üçün strateji əhəmiyyət daşıyıb.

Gecə sualtı geyimdə qayalıq sahilə enən xüsusi təyinatlılar Şimali Koreyanın qayığı ilə qarşılaşıblar. Onlar təqibdən qorxaraq atəş açıblar və ekipajı öldürüblər. Lakin tapşırığı yerinə yetirə bilməyib geri çəkiliblər.

Əməliyyat barədə nə ABŞ, nə də KXDR məlumat yayıb.

“New York Times” missiya haqqında vəziyyətlə tanış olan rəsmilər və hərbçilərlə müsahibələrdən öyrənib.
Seçilən
33
4
sherg.az

5Mənbələr