AZ

Millimizdən biabırçı məğlubiyyət

Futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Redaktor.az xəbər verir ki, Fernandu Santuşun başçılıq etdiyi kollektiv D qrupunun ilk oyununda İslandiya yığmasının qonağı olub. Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda oynanılan qarşılaşma rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları Viktor Palsson, İsak Yohannesson (2), Albert Qudmundsson və Daniel Leo Qretarssonn vurublar.

Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu sentyabrın 9-da Bakıda Ukrayna yığmasına qarşı keçirəcək.

Seçilən
109
16
redaktor.az

10Mənbələr