Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin adının MüharibəNazirliyinə dəyişdirilməsi ilə bağlı fərman imzalayıb.
Trend-in məlumatına görə, bu barədə D.Tramp fərmanı imzalamadanəvvəl Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
"Düşünürəm ki, bu, xüsusilə dünyanın indiki vəziyyəti nəzərəalınmaqla daha uyğun bir addır", - deyə o qeyd edib.
ABŞ prezidenti qeyd edib ki, Pentaqonun adının dəyişdirilməsininmümkünlüyü “bir neçə aydır” müzakirə olunub.