2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, D qrupunda Azərbaycan millisi səfərdə İslandiyanın qonağı olub. Fernandu Santuşun komandası bu görüşdə rəqibinə darmadağın olub.
Qrupun digər matçında Fransa Ukrayna yığması ilə üz-üzə gəlib.
D qrupu
22:45. İslandiya - Azərbaycan - 5:0
Qollar:V.Pálsson, 45+2, Í.Jóhannesson, 47, 56, A. Gudmundsson, 67, K. Hlynsson, 73
22:45. Ukrayna - Fransa - 0:2
Qollar: M.Olise, 10, K.Mbappe, 82