"Prezident İlham Əliyevin Tiencində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında iştirakı Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun bariz nümunəsidir”
Səbuhi Abbasovun sözlərinə görə. bu səfər həm də Azərbaycan–Çin münasibətlərinin strateji xarakterini daha da gücləndirməklə yanaşı, Azərbaycanın ŞƏT çərçivəsində gələcək rolu barədə yeni müzakirələr üçün zəmin yaradıb: "Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimadın və mehriban qonşuluğun möhkəmləndirilməsi, regional sabitliyin təmin edilməsi, ticarət-iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın inkişafıdır. Beləliklə ölkəmizin strateji maraqları ŞƏT çərçivəsində geosiyası tabloda öz layiqli yerini tutmuş oldu.”