BAKI, 6 sentyabr. TELEQRAF
NATO ölkələri təhlükəsizlik təminatları çərçivəsində Ukraynaya minlərlə hərbçi göndərəcək.
Teleqraf “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski bildirib .
Onun sözlərinə görə, Kiyev müttəfiqləri ilə öz qoşunlarının yerləşdirilməsini müzakirə edir: "Söhbət bir neçə yox, minlərlə əsgərdən gedir. Bəli, bu, mütləq vahidlərdə yox, minlərlə olacaq. Və bu faktdır, lakin bu barədə danışmaq hələ bir qədər tezdir".
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin NATO-nu alyans ölkələrinin hərbi kontingentinin Ukrayna ərazisinə göndəriləcəyi təqdirdə Rusiya ordusunun qanuni hədəfinə çevriləcəyi barədə xəbərdarlıq edib.