ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino PSJ-ə çalışarkən Kiliyan Mbappeni necə izlədiyini xatırlayıb.
90deqiqe.Az-ın məlumatına görə, "Madrid Zone" mütəxəssisin dediklərini belə çatdırıb.
"PSJ-də işləyərkən Kiliyan artıq ‘Real’da oynamaq istəyirdi. O, həmişə bu klubda çıxış etməyi arzulayıb"
Qeyd edək ki, argentinalı mütəxəssis 2021-ci ilin əvvəlindən 2022-ci ilin ortalarına qədər Paris klubuna rəhbərlik edib, Mbappe isə 2024-cü ildə sərbəst agent kimi Madrid “Real”ına keçib. Maurisio Poçettino isə sentyabr 2024-cü ildən ABŞ millisinin baş məşqçisi vəzifəsində çalışır.