AZ

Seçmə mərhələ: Azərbaycan millisi İslandiya ilə oyunda fasiləyə məğlub yollanıb - YENİLƏNİB - CANLI

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Reykyavik şəhərində keçirilən İslandiya - Azərbaycan oyununda ilk hissə başa çatıb.

Moderator.az xəbər verir ki, yığmamız fasiləyə 0:1 hesabı ilə məğlub yollanıb. Rəqibin heyətində qolu 45+2-ci dəqiqədə Viktor Palsson vurub.

Qeyd edək ki, qarşılaşmanı niderlandlı FIFA referisi Sander van der Eyk idarə edir.

22:45

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Reykyavik şəhərində keçirilən İslandiya - Azərbaycan oyunu başlayıb.

Moderator.az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Qarşılaşmanı niderlandlı FIFA referisi Sander van der Eyk idarə edir.

 

Seçilən
15
6
moderator.az

3Mənbələr