“Red Bull”un avtosport üzrə müşaviri Helmut Marko İtaliya Qran-prisinin cümə günü keçirilən sərbəst yürüşlərini şərh edib.
90deqiqe.Az-ın məlumatına görə, "PlanetF1" Markonun dediklərini belə çatdırıb.
"Ümid edirik ki, qələbə uğrunda mübarizə apara biləcəyik. Əlbəttə, əgər Maclaren sabah daha üstün performans göstərməzsə. Keçmiş dərslər, bəzi yeniliklər və maşının tənzimləmələri sayəsində indi fərqli bir yanaşmamız var. Ayrı-ayrılıqda bu elementlər həlledici deyil, amma hamısı birlikdə önəm daşıyır. Bizə yalnız 'soft' təkərlərdə daha yaxşı yapışma lazımdır və hesab edirəm ki, bunu ön qanadı dəyişmədən etmək mümkündür.
Montsada cümə günləri 'Ferrari' həmişə güclü olur. 'Villiams'? Onlar isə çox sabit deyillər"