AZ

F1-də V6 hibrid mühərriklərinin beş illik istifadəsi təsdiqləndi

Formul 1-də atmosfer mühərrikləri olan V8 və V10 modellərinə keçid ən erkən bu onilliyin sonunda baş tutacaq, gələcək V6 hibrid mühərriklərin isə çempionatda ən azı beş il istifadə olunacağı gözlənilir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "PlanetF1" məlumat yayıb.

Məlumata görə, gələn həftə planlaşdırılan və güc qurğularının istehsalçıları arasında gələcək texniki tənzimləmələrin müzakirə olunacağı görüş qeyri-müəyyən vaxta təxirə salınıb. Əvvəlcə görüşün sentyabrın 11-də keçirilməsi planlaşdırılırdı.

Qərara alınıb ki, V6 hibrid mühərriklər üçün tam beş illik dövr, əvvəlcədən nəzərdə tutulduğu kimi, davam etdirilsin.

FİA-nın 2029-cu ildə dəyişikliklər həyata keçirmək cəhdinə baxmayaraq, bu təklif kifayət qədər dəstək toplamadığından gerçəkləşməyəcək. "Audi" və "Honda" kimi istehsalçıların mövqeyi isə mühüm rol oynayıb; onlar elektrifikasiyanın gücləndirilməsinin avtomobil strategiyası və texnoloji tərəqqiyə uyğun olduğunu açıq şəkildə bildirib.

Seçilən
24
90deqiqe.az

1Mənbələr