AZ

Səbuhi Abbasov: Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycan-Çin münasibətlərində yeni mərhələnin əsasını qoydu

Səbuhi Abbasov: Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycan-Çin münasibətlərində yeni mərhələnin əsasını qoydu

"Prezident İlham Əliyevin Tiencində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısında iştirakı Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun bariz nümunəsidir” – bu sözləri saytımıza açıqlamasında politoloq Səbuhi Abbasov deyib.

Abbasov bildirib ki, Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycan-Çin münasibətlərində yeni, çoxvektorlu mərhələnin əsasını qoymuş oldu. Demək olar ki, bütün sahələrdə – nəqliyyat, enerji, iqtisadiyyat və humanitar müstəvidə ciddi müzakirələr aparılıb, Çinin nüfuzlu şəxsləri və iş adamları ilə görüşlər keçirilib.

Ümumiyyətlə, İlham Əliyev üçün hazırlanan xüsusi qarşılanma mərasimi, Çin liderinin göstərdiyi səmimi münasibət, aparılan danışıqlar, qəbul edilən bəyannamə və imzalanan müqavilələr Azərbaycanın Cənubi Qafqazda və bütövlükdə regionda strateji rola sahib olduğunu göstərir.

Abbasov əlavə edib ki, nəqliyyat amili xüsusi əhəmiyyətə malikdir. Azərbaycan bu sahədə uzun illərdir fəal mövqe tutur və faktiki olaraq Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən Orta Dəhlizin əsas qovşaqlarından birinə çevrilib. ŞƏT və xüsusilə Çin üçün bu marşrutun əhəmiyyəti getdikcə artır. Azərbaycanın bu dəhlizdə həm geosiyasi, həm də iqtisadi baxımdan güclü rolu ölkəmizin təşkilatla əməkdaşlığının dərinləşməsinə real zəmin yaradır.

Bu səfər həm də Azərbaycan–Çin münasibətlərinin strateji xarakterini gücləndirir və Azərbaycanın ŞƏT çərçivəsində gələcək rolu barədə yeni müzakirələr üçün zəmin yaradır. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimadın və mehriban qonşuluğun möhkəmləndirilməsi, regional sabitliyin təmin edilməsi, ticarət-iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın inkişafıdır. Beləliklə, ölkəmizin strateji maraqları ŞƏT çərçivəsində geosiyasi tabloda layiqli yerini tutmuş olur.

Seçilən
11
6
afn.az

9Mənbələr