İsveçin şərqində, Norrtälje şəhəri yaxınlığında yerləşən Yelmaren gölünə iki pilotlu şəxsi təyyarə düşüb. Bu barədə sentyabrın 5-də İsveçin Göteborgs-Posten qəzeti məlumat yayıb.
Məqalədə deyilir ki, təyyarə enişə hazırlaşırmış, lakin qısa müddət sonra demək olar ki, tamamilə suyun altında qalıb.
Bildirilir ki, hər iki zərərçəkmiş tapılıb, lakin onların vəziyyəti barədə məlumat verilməyib. Xilasedici əməliyyata dalğıclar və helikopter də daxil olmaqla xüsusi texnika cəlb olunub.
Hadisənin hansı şəraitdə baş verdiyini müəyyən etmək üçün polis araşdırmaya başlayıb.