“Formula-1”də Böyük Britaniya pilotu, “McLaren” komandasının sürücüsü Lando Norris İtaliya qran-prisinin ikinci sərbəst yürüşündə ən yaxşı nəticə göstərib. Yarış sentyabrın 5-də baş tutub.
Norris ən sürətli dövrəsini “Monza” avtodromunda 1 dəqiqə 19 saniyəyə tamamlayıb. İkinci yeri Monakodan Şarl Lekler (“Ferrari”), üçüncü yeri isə ispaniyalı Karlos Sains (“Atlassian Williams”) tutub.
Üçüncü sərbəst yürüş və təsnifat mərhələsi sentyabrın 6-da keçiriləcək. İtaliya Qran-prisi isə bazar günü, sentyabrın 7-də baş tutacaq.
Qeyd edək ki, avqustun 2-də Lekler “Formula-1”in Macarıstan Qran-prisinin təsnifat mərhələsində qalib olmuşdu. Onun ən yaxşı dövrəsinin vaxtı 1 dəqiqə 15,372 saniyə təşkil etmişdi.