BAKI, 5 sentyabr. TELEQRAF
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Ukrayna üçün hər hansı təhlükəsizlik zəmanəti hazırlanarkən Rusiyanın mövqeyi nəzərə alınmalıdır.
Teleqraf TASS-a istinadən xəbər verir ki, Medvedev jurnalistlərlə söhbətində Qərbin təkliflər hazırlayarkən Rusiya ilə məsləhətləşməli olduğunu bildirib:
“Əgər münaqişə varsa, xüsusi hərbi əməliyyat davam edirsə, heç olmasa hər hansı təkliflər hazırlayarkən bizimlə məsləhətləşməlidirlər”.
Qeyd edək ki, sentyabrın 4-də Parisdə keçirilən “Könüllülər koalisiyası”nın iclasında 35 iştirakçı ölkədən 26-sı atəşkəs razılaşması əldə edildikdən sonra Ukraynaya hərbi kontingent göndərməyə hazır olduqlarını bildiriblər. .