AZ

Azərbaycanlı şahmatçılar “Grand Swiss”də ikinci turdan heç-heçə ilə ayrıldı

Özbəkistanın Səmərqənd şəhərində nüfuzlu “Grand Swiss” beynəlxalq şahmat turniri davam edir.

90deqiqe.Az-ın məlumatına görə, yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Maqomed Muradlı, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva təmsil edirlər.

İkinci turda Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva heç-heçə nəticəsi ilə kifayətləniblər. Rauf Məmmədov və Maqomed Muradlı isə rəqiblərinə məğlub olublar.

İki turun yekunlarına görə, kişilər arasında ən yaxşı nəticəni 1,5 xalla Aydın Süleymanlı göstərərək 11-ci yeri tutub. Qadınlar yarışında isə Ülviyyə Fətəliyeva 1,5 xalla 5-ci pillədə qərarlaşıb.

Turnirin ümumi mükafat fondu 855 min dollar təşkil edir və yarışda 172 idmançı mübarizə aparır.

Seçilən
16
90deqiqe.az

1Mənbələr