AZ

Daniel Rikkardo “Ford”un səfiri oldu

Formula 1-in sabiq pilotu, avstraliyalı Daniel Rikkardo ABŞ-ın avtomobil nəhəngi “Ford” şirkəti ilə əməkdaşlığa başladığını açıqlayıb.

90deqiqe.Az-ın "The Race"yə istinadən məlumatına görə, o, bundan sonra “Ford Racing” layihələrində fəal iştirak edəcək.

"Baxmayaraq ki, mənim yarış günlərim artıq arxada qalıb, sükan arxasına sevgim dəyişməz qalır. “Ford”un səfiri olmaqdan qürur duyuram. Mən “Ford Racing” komandası ilə sıx əməkdaşlıq edəcəyəm və əsasən möhtəşəm “Raptor” modeli üzərində fokuslanacağam.

Niyə indi və niyə mən? Karyeramı bitirmək qərarı verdikdən sonra avtoidman aləmində qalmağın yollarını çox düşündüm. Yarışlar həmişə mənə sevinc bəxş edib, xoşbəxt anlar yaşadıb və unudulmaz xatirələr yaradıb. İndi isə “Ford”la qarşıda bizi gözləyən layihələrə görə inanılmaz dərəcədə həyəcanlıyam. Formula 1-dən Dakaradək, Le-Mandan Baterstədək – “Ford” bu işdə uzun illərdir zirvədədir. Gördüklərimə əsasən deyə bilərəm ki, bizi çox parlaq gələcək gözləyir”

Seçilən
63
90deqiqe.az

1Mənbələr