AZ

Böyük Britaniyanın xarici işlər naziri dəyişir

Böyük Britaniyanın xarici işlər naziri dəyişir

Böyük Britaniyanın baş naziri Keir Starmer sentyabrın 5-də hökumətdə dəyişiklik edəcək.

AFN.az xəbər verir ki, bu barədə "The Guardian"ın jurnalisti Pippa Crerar X-də hökumətdəki mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, ölkənin xarici işlər naziri David Lammy vəzifəsini itirəcək.

Pippa Crerarın sözlərinə görə, ölkənin Daxili İşlər Nazirliyinə rəhbərlik edən İvette Kuper Xarici İşlər Nazirliyinin yeni rəhbəri olacaq. Ehtimal olunur ki, Ədliyyə Nazirliyinin rəhbəri vəzifəsini tutan Şabana Mahmud yeni daxili işlər naziri olacaq.

Öz növbəsində "Sky News" kanalı Lamminin yeni ədliyyə naziri olacağını və baş nazirin müavini postunu tutacağını bildirib. Sentyabrın 5-də Angela Rayner vergidən yayınma ilə bağlı qalmaqala görə Starmerin müavini vəzifəsindən istefa verib.

Seçilən
12
afn.az

1Mənbələr