
Financial Times yazır ki, ötən həftə Alyaskada ABŞ və Tayvan Müdafiə Nazirliklərinin nümayəndələri arasında qapalı danışıqlar aparılıb.İclas iyunda Vaşinqtonda keçirilməli olan yüksək səviyyəli görüşün ləğvindən sonra baş tutub. Tayvan tərəfinə müdafiə naziri Vellington Ku, ABŞ tərəfinə isə Pentaqonun İndo-Sakit okean üzrə nümayəndəsi Ced Royal rəhbərlik edib.Mənbələrin sözlərinə görə, görüşün Alyaskada və daha aşağı səviyyədə keçirilməsi qərarı qəsdən verilib. Məqsəd — danışıqları daha az səs-küylü göstərmək və ABŞ prezidenti Donald Tramp ilə Çin sədri Si Cinpinin mümkün sammitini təhlükə altına qoymamaq olub.Ulusum.az
Diqqət Çəkənlər
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
Putin və Zelenski diplomatik masada: Makron tarixləri təsdiqlədi
Tramp bu gecə Oval kabinetdən bəyanat verəcək – mövzu gizli saxlanılır