AZ

Azərbaycan-Ermənistan nümayəndə heyətləri qarşılıqlı səfərlər ediblər

Azərbaycan-Ermənistan nümayəndə heyətləri qarşılıqlı səfərlər ediblər

Sentyabrın 5-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan və Ermənistan ərazisinə qarşılıqlı səfərləri baş tutub.

AFN.az xəbər verir ki, Vaşinqtonda əldə olunmuş razılaşmaya uyğun olaraq tərəflər sərhədin delimitasiyası, minalardan təmizlənmə, zəruri infrastrukturun bərpası və tikintisi ilə bağlı məsələləri müzakirə ediblər.

Nümayəndə heyətlərinin rəhbərləri həmçinin dövlət sərhədinin delimitasiyası üzrə Komissiyaların növbəti görüşünün təşkili barədə fikir mübadiləsi aparıblar.

Seçilən
12
afn.az

1Mənbələr