AZ

Rusiya MN rəhbəri Xalid Haftarla görüşdü

 

Rusiyanın müdafiə naziri Andrey Belousov Liviya Milli Ordusunun Baş Qərargah rəisi Xalid Haftarla görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Görüşdə Rusiya-Liviya münasibətlərinin aktual məsələlərinə toxunulub və Şimali Afrikada vəziyyətin inkişafı müzakirə edilib.

Görüş zamanı Belousov Haftarı Baş Qərargah rəisi vəzifəsinə təyin olunması və general-polkovnik hərbi rütbəsinin verilməsi münasibətilə təbrik edib.

"Əlbəttə, bu, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə verdiyiniz böyük töhfənin etirafıdır", - Belousov qeyd edib.

 

Seçilən
3
3
sitat.info

4Mənbələr