AZ

Azərbaycan və Ermənistan nümayəndə heyətləri görüşüb

Bakı. Trend:

Sentyabrın 5-də Azərbaycan Respublikası Baş nazirinin müaviniŞahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müaviniMher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərininAzərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazisinəqarşılıqlı səfərləri baş tutub.

Trend xəbər verir ki, bu il avqustun 8-də Vaşinqtonda əldəedilmiş razılaşmalara uyğun olaraq, tərəflər kommunikasiyalarınyaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədiləsərhəd xəttinin müvafiq sahələrinin/hissələrinin delimitasiyası vəminalardan təmizlənməsi, həmçinin zəruri infrastrukturun bərpası,tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri müzakirəediblər.

Nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan Respublikası iləErmənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyasıüzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası iləAzərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyasıvə sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbətigörüşünün təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.

Seçilən
31
49
az.trend.az

10Mənbələr