AZ

Yanğınlar və inflyasiya Türkiyə turizmini vurub

Türkiyənin turizm sənayesi Aralıq dənizi və Egey dənizi sahilləri də daxil olmaqla, ölkənin geniş ərazilərini məhv edən kütləvi meşə yanğınları səbəbindən itkilərlə üzləşib.

Teleqraf xəbər verir ki, "The Economist" yanğınların ölkənin başına gələn son bədbəxtlik kimi dəyərləndirib.

Bildirilib ki,bu il Egey dənizində yüzlərlə yeraltı təkanlar baş verib və bu, güclü zəlzələnin yaxınlaşacağına dair qorxuları artırıb. Bundan əlavə, Türkiyədə iyul ayında illik 33,5%-ə çatıb. Bu da ölkənin aşağı büdcəli tətil statusunu aşağı salıb.

İstər yerli, istərsə də xarici turistlər getdikcə daha çox qiymətləri aylar əvvəldən təyin edən və turoperatorlarla işləyən kurortları seçirlər.

Antalyanın turizm sektorunda belə geriləmə hiss ediilib. Oradakı turistlərin sayı 2025-ci ilin birinci rübündə əvvəlki illə müqayisədə 30% azalıb və azalma daha çox xarici turistlərin sayında qeydə alınıb.

Seçilən
83
teleqraf.com

1Mənbələr