AZ

Maliyyə Nazirliyi cari ildə ilk dəfə dövlət istiqrazlarının hərracını keçirəcək

BAKI, 5 sentyabr. TELEQRAF

Maliyyə Nazirliyi bu il ilk dəfə dövlət istiqrazlarının hərracını keçirəcək.

Teleqraf Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, 9 sentyabrdan BFB-də Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.

Dövlət istiqrazının nominal dəyəri 100 manat, həcmi isə 20 milyon manatdır. 8%-lik gəlirlilik dərəcəsi və 1080 gün tədavül müddəti olan istiqrazların anderrayteri “PAŞA Kapital İ.Ş.” QSC-dir.

Məlumata görə, hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Qeyd edək ki, Maliyyə Nazirliyi cari ilin əvvəlindən istiqraz buraxılışını dayandırıb.

Seçilən
53
teleqraf.com

1Mənbələr